GameWin

Nagiyev Memmed

        Mən Nağıyev Məmməd Mahmud oğlu 1939-cu ildə anadan olmuşam.Ali təhsilli iqtisadçı, Azərbaycan Kənd Təsərrüfatı İnstitunu və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasını qurtarmışam.Əvvəl Sovxozda xronometrajçı və iqtisadçı işləmişəm.1964-cu ildən Şamaxı rayon Komsomol Komitəsinin ll katibi və l katibi seçilmişəm.1966-cı ildə Şamaxı rayon Partita Komitəsinin ll katibi, 1974-cü ildə Kəlbəcər rayon Partiya Komitəsinin l katibi işləmişəm.1967-ci ildə Moskvada, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasını fərqlənmə diplomu ilə qurtarmışam.Sonra Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsində təlimatçı işləmişəm.1971-ci ildə keçmiş Puşkin, indiki Biləsuvar rayon Partiya Komitəsinin l katibi seçilmişəm.10 il Ağsu rayon İcrayyə Komitəsinin sədri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının Biləsuvar rayon üzrə inspektoru işləmişəm.1993-cü ildə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsi və 10 il Şamaxı rayon İcra Hakimiyyətində aparıcı məsləhətçi işləmişəm.1973-cü ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşam.IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişəm.

        2012-ci ilin iyul ayında bədənimdə ağrılar baş verdi.Həkimlərə müraciət etdim.Müayinədə öd və qaraciyərdə problem olduğu aşkar olundu.Müalicəyə başlandı.İynə vurdurmağa və dərman almağa başladım.Xeyli keçdi.Getdikcə arıqlayır, rəngim sapsarı olur, səsim isə tamamilə dəyişmişdi.Taqətim yox idi.Həkimlər məni əməliyyat etdirməyi məsləhət gördülər.Həyatdan ümüdümü üzmüşdüm.Çox ümüdsüz yaşadığım günlərin birində “Rentgen qadın” Zərifə xanıma müraciət etdim.O, məni dinlədi və diqqətlə müayinə etdi.Ödümdə daş olduğu və öd ozotu qana verdiyini müəyyən etdi.Zərifə xanım heç bir iynə və dərmandan istifadə etmədən, şəfalı əlləri ilə müalicəyə başladı.3-cü seansdan vəziyyətim yaxşılaşmağa başladı.Onun İlahi gücünün şahidi oldum.Həyatımı əzablı yaşantıya çevirən xəstəliyin məni tərk etməsi yaşamaq ümüdimi daha da artırdı.İlahi mən yaşayacağam.Zərifə xanım məni əməliyyatdan xilas edib, həyata qaytardı.O, mənim ailəmə xoşbəxtlik bəxş etdi.

         Mənim 74 yaşım var.Dünyanın gediş-gəlişindən xəbərim var.Mənim xeyli həyat təcrübəm var.Keçmiş Sovet məkanının çox yerində olmuşam.İşlədiyim uzun illər ərzində çox hadisələrlə üzləşmişəm.Lakin Zərifə xanımın şəfalı əllərinin qüdrətindən görməmişəm və onu nə iləsə müqayisə etməyə çətinlik çəkirəm.Onu deyə bilərəm ki, Zərifə xanım qeyri-adi istedad sahibidir.Onun qeyri-adi tibbi fəaliyyəti, insanın daxili orqanlarının ən zərif və dəqiq incəliklərlə görə bilmək və ağlasığmaz dərəcədə az müddət ərzində müalicə etmək qabiliyyəti vardı.

          Zərifə xanımın şəfalı əllərinin qüdrəti Ulu Tanrının sonsuz möcüzələrindəndir.Əvvəlcədən nəyisə görmək, nəyinsə haqqında fikir söyləmək, baş verəcək hər hansı hadisəni qabaqcadan görmək, sağalmaz dərdlərə şəfa vermək kimi təəccüb doğuran hallara baş vurmaq hamımızın bacara bilmədiyi işdir.Lakin Zərifə xanım bizlərdən fərqli olaraq bütün bu işlərin hamısını bacarır.O Tanrının istəkli və özünə yaxın bildiyi bəndəsidir.

         İsmətli, vicdanlı və yüksək qadın adi ilə ictimaiyyətin dərin hörmət və rəğbətini qazanmış Zərifə xanım Allaha bağlı, ürəyi müqəddəslik alovu ilə bərkiyən bir insandır.

          Zərifə Mayılovanı Ulu Tanrı Azərbaycan xalqına əvəzsiz hədiyyə kimi bəxş etmişdir.Ona uzun ömür və can sağlığı arzu edirəm.

         Ailəmizin adından Zərifə xanıma minnətdarlığımı bildirirəm.

                                                                                     Hörmətlə: Məmməd Mahmud oğlu Nağıyev 

                                                                               Şamaxı şəh.,M.Ə.Sabir küç.20

                                                                               (050) 381-61-24

Yazan: admin Baxış: 385 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0