GameWin

Nagizade Arzu

                                          Dərdimin dərmanı Zərifə xanımdaymış...

 

 

        Elə ki, xəstələndik, nəyisə bəhanə gətiririk.Görünür soyuqdan, ağır işdən, hansısa yeməkdən oldu deyirik.Amma ən yaxşısını həkimlər, təbiblər, loğmanlar bilir.Məsələ burasındadır ki, qarşına yaxşısı, biliklisi çıxa.

        Qəflətən sinəmdə ağrılar başladı. Əvvəl fikir vermədim, dedim bəlkə soyuq olub. Sonra gördüm ağrılar artır.Həkimə müraciət etdim.

       Gənc bir qadına süd vəzilərinin ikisinin də kəsilmək təhlükəsinin olduğunu deyərkən o necə hisslər keçirə bilər ? Mən o həyəcanı, o qorxunu yaşadım.Cərrahi əməliyyata necə gedərdim ? Çarnaçar qaldığım zaman yaxınlarım mənə bir ünvan verdilər.Təkid etdilər, inandırdılar ki, ora getsən qurtaracaqsan.Yaxşı ki, getdim.

       Bakıda fəaliyyət göstərən Zərifə Mayılovanın qəbulunda olmaq həyatımı dəyişdi.Mən xəstəliyim barədə ona hec nə demədən qaranlıq otaqda paltarın üstündən mənə baxıb, dərdimi söylədi. Heyrət məni bürümüşdü. “Cavan qadınsan, süd vəzilərini niyə əməliyyat etdirəsən ki...narahat olma, çarəsi var” dedi, Zərifə xanım.

       Doğurdan da Zərifə xanım dərdimə əlac etdi. Süd vəzlərimdəki şişlər yox olub, mən özümü tam sağlam hiss edirəm.

       Hörmətli Zərifə Mayılovaya ən xoş arzularımı bildirirəm.Dərimizi görən gözləri, bizi yaşadan əlləri var olsun deyirəm.

 

                                                                                                                     Hörmətlə:  Arzu Nağızadə 

                                                                                                                     Bakı şəh.,Yasamal r.,Mecidov küç.13

                                                                                                                     (055) 815-57-77

Yazan: admin Baxış: 386 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0