GameWin

Namazeliyeva Gulnaz

                                                         Can boğazdan keçər...

 

        Yəqin ki, bu atalar sözünü çoxlarınız bilirsiniz. Doğurdan da belədir.İnsan yeməsə,içməsə taqətdən düşər,zəifləyər, cürbəcür xəstəliklərə düçar olar.

        Uşaq vaxtı, gənclik illərində yaşlı insanlardan eşitdiyim “canınızın qədrini bilin, özünüzü azar-bezardan qoruyun” sözlərinə o qədər də əhəmiyyət vermirdim. Sən demə sağlamlığımızın qədrini xəstələnəndə bilirik.Onda da bəzən gec olur.Odur ki, özümüzə baxmağı bacarmalıyıq.

       Mən ağır xəstələnəndə dərk etdim ki, həyat,yaşamaq doğurdan da gözəldir.

       Boğazımda yaranan şişlər mənə çox əzab-əziyyət verirdi.Danışmaq, yemək, içmək çətinləşdi.

       Çox həkimlərə, çox xəstəxanalara üz tutdum. Hərəsi bir cür təyinat verdi.Nə qədər müalicə götürdümsə nəticəsi olmadı.Həkim məsləhət gördü ki, əməliyyat olunsun,baxaq görək nə olur ?

       Onun bu cür qeyri-müəyyən fikrinə inanmadım.Bacım məni İlahi vergili “rentgen qadın“ Zərifə Mayılovanın yanına apardı.

       Bir həftənin içində yaxşılığa doğru xeyli irəliləyiş hiss etdim.20 günün içində üç seansa, dava-dərmansız, cərrahiyə əməliyyatı olmadan bu bəladan xilas oldum.İndi olmuşam anadangəlmə.Əvvəlki rentgen sənədlərini və Zərifə xanımın seanslarından sonra çıxartdığımız rentgen sənədlərini kimə, hansı həkimə göstərdimsə təəccüb qalırlar.

       Mən ailəmizin və özümün adından hörmətli Zərifə xanıma “çox sağ olun“!- deyirəm və minnətdarlığımızı bildirirəm. Çünki o, mənim kimi yüzlərlə, minlərlə sağalmaz xəstəliyə düçar olan insanları gözlərinin nuruyla, əllərinin şəfasıyla həyata qaytarır.

       Qoy xəstələrə hər zaman sevinc bəxş edən Zərifə xanım özü də həmişə sevinc içində qalsın !

                                                                                                     

                                                                                                                   Hörmətlə: Gülnaz Namazəliyeva

                                                                                                                   (055) 382-51-22

        

Yazan: admin Baxış: 361 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0