GameWin

Pashayeva Aynur

                                                   Qızım qardaşlı-bacılı oldu 

        İxtisasca müəlliməm,amma işləmirəm.Məsumə adlı bir qızım oldu.Sonra 10 il qadın xəstəliyindən əziyyət çəkdim.Hamiləliyim hər dəfə pozuldu.Xeyli müalicə olundum.İynə, dava-dərman xeyir etmədi.Əksinə bədənim şişməyə başladı.

       Qəzetdən rentgen qadın Zərifə xanım haqqında yazı oxuduq və onun qəbuluna getdik.Müalicədən sonra məni qurtaracağını bildirdi.Bir kurs müalicədən sonra hamilə qaldım.On ildən sonra Tanrı Zərifə xanımın əliylə bizə bir övlad verdi.Həyat yoldaşım Ələkbər fikirləşmədən uşağın adını Zərifə qoydu.Ardınca oğlum Rza doğuldu.Zərifə balam 2013-2014-cü tədris ilin 8-ci sinifində oxuyur, Rza isə 4-cü sinifdədir.Hər ikisi dərs əlaçısıdır.

       Zərifə xanımın sayəsində ailə üzvlərimizin sayı artdı.Böyük qızım düz 10 ildən sonra qardaşlı-bacılı oldu.Bütün qohumlarım, ailəm, dostlarımız sevindilər.Bizə bu sevinci yaşadan Zərifə xanıma dərin təşəkkürümüzü bildiririk.Biz sevinirik ki, evimizdə balaca Zərifə böyüyür.Biz onun üstündə əsirik.O isə Zərifə xanımı böyük məhəbbətlə sevir.Atası Ələkbər, mən də bundan çox şadıq.

                                                                                            Hörmətlə: Aynur İslam qızı Paşayeva 

                                                                                            Bakı şəh., 2-ci mkr,

                                                                                            (012) 513-15-98

      

Yazan: admin Baxış: 388 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0