GameWin

Semedova Aynure

Bala baldan şirindir

Bəs onu sənə yenidən bəxş edən ?

 

       Yeganə oğlum Eyyub məktəbdən, sinif yoldaşlarından ayrı düşdü.Ağır xəstəlik onu yaman yerdə yaxaladı. Cəld, çevik, idmana böyük marağı olan balam qəflətən hərəkətsiz qaldı. Əlləri,qolları, qılçaları işləmədi. Bütün oynaqları şişdi.Nə gəzə bildi, nə də əl barmaqlarını aça bildi. Onun bu halı bizi çox üzürdü.Borc-xərc edib Bakıda çox xəstəxanaların qapısını döydük.Çox həkimlərə müraciət etdik.Hərəsində bir naümüd cavab aldıq. Əlimiz hər yerdən üzüləndə İrana getdik. Uzun müalicə də balaca Eyyubuma şəfa vermədi.Oğlumun sual dolu baxışlarının qarşısında sanki əriyirdim.Onun hər dəfə məlul-məlul “ana qoymayın öləm, axı mənim arzularım var.Mən yerimək istəyirəm, mən yazmaq istəyirəm.Bu əllərim,ayaqlarım nə vaxt açılacaq ? ”- deməsi qəlbimi yandırırdı.

       Təskinlik verirdik, inandırmağa çalışırdıq ki, yaxşı olacaqsan.

       Bir ildən çox İranla Bakı arasında qaldıq. Eyyubun 12 yaşı var.O özü də vəziyyətinin ağır olduğunu, müalicələrin təsirsiz qaldığını görürdü.

        Təsadüfən internetdən İlahi vergili Zərifə Mayılova haqqında məlumatı oxuyan bir tanışımız bizə onun qəbuluna getməyi məsləhət bildi.

       Mən xəstə oğlumu Zərifə xanıma göstərdim.O bizi elə mehribanlıqla qarşıladı ki, ürəyimdə oğlumun sağalacağına güclü bir inam yaratdı.Qəribədir ki, Eyyub da Zərifə xanımın nəfəsindən, əllərinin şəfasından üzü-gözü nurlandı.Gözlərində yaşamaq ümidi vardı.Bir ildən çox idi ki, biz onu bu cür görməmişdik.Uşaq Zərifə xanıma elə baxırdı ki, sanki gözləri, baxışları ilə ondan mərhəmət istəyirdi.Zərifə xanım xəstə, tor-top olmuş Eyyubumun ona dikilən yalvarışlı baxışlarına sevinc qatdı.

        Üç gündən sonra mənə doğru gəlib salam verəcəksən-dedi.Mən hər bir həkimdən bu sözləri eşitməmişdim deyə qan-yaş tökürdüm.Zərifə xanımın bu sözündən sonra ağladım.Ancaq bu dəfəki sevinc, ümid, inam yaşlarıydı.

        Doğurdan da 3 seansdan sonra Eyyub adam formasına düşdü.Əlləri, qolları açıldı.Tədricən bəndlərindəki şişlər azaldı və yox oldu.

        Oğlum Eyyub onu bu sağalmaz bəladan qurtaran, balamı məktəbə qaytaran, ölüm qorxusundan qurtaran Zərifə xanımın yanına özü yeriyə-yeriyə gedə bildi.Salam verib, ürək sözlərini dedi.O gün mən özümü çox xoşbəxt bir ana hesab etdim.

       Doğrudan da bala baldan şirindi.Onu yenidən mənə qaytaran Zərifə xanım isə baldan da şirindi.İndi insanlara şəfa verən Zərifə xanım mənə balam qədər əzizdir, doğmadır.

       Öpürəm onun şəfalı əllərindən.

       Sonda demək istəyirəm ki, kimin ki, sağalmaz deyilən dərdi var, ümidini üzməsin.Q.Qarayev metrosunun yanında T.Abbasov küçəsi 24, mənzil 7-yə-Zərifə Mayılovaya müraciət etsin.Əminəm ki, bizim kimi onlar da sevinəcəklər.

 

 

 

                                                                                                          Hörmətlə: Səmədova Aynurə

                                                                                                          Qala qəs., Xəzər ray.

                                                                                                          (070) 602-85-20

Yazan: admin Baxış: 440 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0