GameWin

Talıbova Sevda

                                                    İlahi vergi, yanar ürək 

        Doğurdan da Zərifə xanımın qəbuluna gələn onun İlahi vergisinin və yanar ürəyinin şahidi olar.Bu xanım insanları çox sevir.Onun müalicəsi ilə doğulan minlərlə uşağa nəvəm deyərək bağrına basır, saçlarını sığallayıb, xoş sözlər deyir.Zərifə xanım xeyirxah insandı.Gözü-könlü toxdu.İmkansızlara hörmət edir, kömək edir.

        Əvvəlcə Zərifə xanımla bacım Təranə tanış olub.Onun bir neçə xəstəliyini müalicə edib.Digər qardaş-bacılarıma da şəfa verib.

       Mən ilk övladıma hamilə idim.Altı ayım olanda sancılarım başladı.Doğuşdan əvvəl olduğu kimi su açıldı, o qədər su getdi ki, uşaq qaldı quruda.Həkim dedi ki, uşağı tələf etmək lazımdı.Onsuzda o sağ qalmayacaq.Mən çox qorxurdum.Birinci uşaq tələf olarsa, ikincisinə hamilə qalmaq çətin olur.Bu zaman eşitdik ki, qurban olduğum Zərifə xanım Gəncəyə gəlib.Tez məni onun evinə apardılar.Yoxlayıb, narahatçılığa əsas yoxdur-dedi.Hər şey yaxşı olacaq.Qəşəng bir qızın doğulacaq.Üç seansdan sonra özümə gəldim.Təhlükə ötüb keçdi.İki ay Zərifə xanımın nəzarətində qaldım.Vaxtaşırı seanslar götürürdüm.Zərifə xanımın əlləri məni qorudu.Özümə söz verdim ki, uşağım qız olsa adını Zərifə qoyacam.Belə də oldu.Zərifə xanım deyən düz çıxdı.Goranboyda ağrım tutdu.Amma mənim hesabımla uşaq 8 aylıq idi.Öz rayonumuzda xəstəxanaya getmədim.Çünki ordakı həkimlər mənə bu uşaq tələf olmalıdır-demişdilər.Ona görə məni Bakıya- Zərifə xanımın yanına gətirdilər.Yolda tanrıya yalvarır, Zərifə xanımın ocağına dua edirdim ki, uşaq yolda dünyaya gəlməsin.Elə bil dəqiq vaxt təyin olunmuşdu.Gecə vaxtı biz Zərifə xanımın evinə çatdıq, 10 dəqiqədən sonra uşaq doğuldu.Zərifə xanım özü mənə kömək etdi.Övladım onun evində, ocağında dünyaya göz açdı.Bacılarım da yanımdadılar.Uşaq çirkin içindəydi.Zərifə xanım onlara dedi ki, uşağı vannaya qoyub yusunlar,bacılarım əl vurmadılar, nə isə iyrəndilər.Amma Zərifə xanım uşağın üstünə bir parça atıb, yavaşdan nəsə dedi.Bacılarıma üzünü tutub, gülümsədi: -Eybi yox,siz əl vurmadınız, amma mənim mələklərim onu təmizləyəcəklər.10 dəqiqədən sonra parçanı uşağın üstündən götürən bacım təəccüb içində quruyub qaldı.İkisi də Zərifə xanımın əllərindən öpdü.

        Düzdü, biz Zərifə xanımın belə möcüzələrini çox görmüşdük.Bu da mindən biri oldu.Övladım Zərifə xanım sayəsində tələf olmadı,sap-sağlam doğuldu.Ardınca iki övladım da oldu.Zərifə hamısından qəşəngdi,istedadlıdı.Balaca Zərifə 2013-cü ildə 5-ci sinifdə oxuyur.Hamının sevimlisidir.Zərifə xanım kimi o da səliqəli və qoçaqdı.Gözəl rəsmlər çəkir.İngilis dilinə xüsusi maraq göstərir.

        Zərifə kənddə 7 illik uşaq musiqi məktəbində fortapiano şöbəsində oxuyur.Balaca Zərifə 1-ci sinfə gedəndə artıq hərfləri tanıyırdı.Zərifə xanıma məktub yazdı, sevincini bildirdi.Uşaq Zərifə xanıma qəlbən bağlıdı.Zərifə xanımın kitabdakı şəkillərinə baxıb ona oxşadaraq çəkir.Zərifə xanım haqqında hamıya fəxrlə danışır.Öyünür ki, Zərifə xanımın ocağında doğulub.

        Zərifə xanım mənə özü kimi şirin bir qız verib.Ulu Tanrı da Zərifə xanımı bizim xalqımıza şirin bir pay verib.Gərək biz də onun qiymətini bilək, hörmətini əziz tutaq.Yadlardan qoruyaq.Çünki o qənimət adamdı.

                                                                                       Hörmətlə: Sevda Talıbova

                                                                                       Goranbəy ray.,Ağamalıoğlu kəndi.

                                                                                       (022) 24-67-4-64

                                                                                       (070) 607-30-08

Yazan: admin Baxış: 491 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0