GameWin

Zeynalova Gülnaz

MÖCÜZƏ ADLANDIRDIĞIMIZ HƏQIQƏT

 

        Mən Zərifə xanımı artıq 10 ildir ki, tanıyıram. Ödümdə daşlar var idi. Çox əziyyət çəkirdim. Ağrılar dözülməz həddə çatmışdı. Mətbuatda Zərifə xanım haqqında oxuduqdan sonra ümidlə qəbuluna getdim. Onun yanına daxil olduqda məndə qəribə bir həyəcan yarandı. Xəstəliyimə görə yox, sanki həmin an özümü İlahi qüvvənin imtahanında hiss etdim. O məni saniyələr ərzində gözləri ilə müayinə edərək gülümsədi və dedi ki, ödündə daşlar var, sənə kömək edəcəyəm. Elə həmin andan daxilimdə yüngüllük hiss etdim. Anladım ki, bu ocağa gələnlər nəinki fiziki, həm də mənəvi cəhətdən saflaşır. Zərifə xanım üç gün ardıcıl, sonra ayda 1 dəfə olaraq, 8 seans müddətində ödümdəki daşları dərmansız, nurlu baxışları, şəfalı əlləri ilə əritdi. Onun möcüzələrinə heyran qalmışdım. Allah Zərifə xanımdan razı olsun!

       Mən Zərifə xanımın qəbuluna gəldiyim vaxtlarda möcüzə adlandırdığımız  çox həqiqətlərin şahidi olmuşam. İnsanlarda qaraciyər, böyrək daşları, mədə, mastopatiya, fibroma, kista və bu kimi xəstəliklərin sağaltmasını gözlərimlə görmüşəm. Bəzən də elə olurdu ki, ağır xəstəlikləri müayinədə yazmır, xəstəni qorxutmadan Allaha dualarla başlayaraq müalicə edir və müsbət nəticə alınırdı.

       Bacım ailə qurmuşdu. Hamiləliyinin ikinci ayında zəng edərək, həkim mənə “UZİ” aparatında baxıb, uşağın inkişafdan qaldığını, müalicə edərəm, amma zəmanət vermirəm, - dedi. Bacımı Zərifə xanımın qəbuluna apardım. Zərifə xanım da bildirdi ki, uşaq inkişafdan qalır, bir az da gec gəlsəydin uşağı itirə bilərdin. Amma qorxma, mən səni Allahın köməkliyi ilə sağaldacağam. Beləliklə, bacım hər ay mütəmadi olaraq Zərifə xanımın şəfalı əlləri ilə müalicə olunması sayəsində uşağını dünyaya sağ-salamat gətirdi. Və buna görə biz Zərifə xanıma dərin təşəkkürümüzü bildiririk. 

        Zərifə xanımın qəbuluna dünyanın bütün ölkələrindən müalicəyə gəlirlər. Allah  “Qurani Kərimdə” buyurmuşdur: “Mən sizə hər bir əsr üçün möcüzələr göndərirəm. Bunu ancaq bəsirət gözü açıq olan insanlar düzgün dərk edirlər”. Həqiqətən də Ulu Tanrının qüdrətindən müalicə rüsxəti almış Zərifə xanım bəndələr arasından seçilərək, dinindən asılı olmayaq biz insanların xəstəliklərini sağaltmaq üçün Allahın Azərbaycanımıza bəxş etdiyi böyük hədiyyəsidir. Bu gözəl, təvazökar, ağıllı, sadə, mehriban, fenomen xanımı tanıyıb, düzgün qiymətləndirmək, Allaha şükr etmək üçün Tanrıdan biz insalara zəka ayıqlığı diləyirəm. Zərifə xanımın Allaha olan etiqadının 30%-i biz bəndələrdə olsaydı, cənnəti yaşadığımız dünyamızda belə görə bilərdik. 

        Seyid nəslindən, baba-nənəsindən, mömin əxlaqlı Bilqeyis anasından ona miras qalmış, İslama xas olan tərbiyə, böyüyə hörmət, kiçiyə məhəbbət, insaf, halallıq Zərifə xanımın artıq həyat rəmzinə çevrilmişdir. Örnək götürülməsinə böyük ehtiyac duyduğumuz Zərifə xanım, ona pənah gətirən imkansız və kimsəsizlərə mənəvi dayaq olur. Onun xeyriyyəçiliyindən bəhrələnənlərin sayı-hesabı yoxdur. Allah tərəfindən insanlara kömək üçün seçilmiş Zərifə xanım çox vaxt illərlə çətinliklə əldə etdiyi malını, əşyasını imamlara xas olan səxavətilə imkansızlara bağışlamaqdan mənəvi zövq alır. Bu çətin həyatımızda kişilərin çiynində daşıya bilməyəcəkləri ağır yükün öhdəsindən cəsarətlə, mərdliklə gələn Zərifə xanım bizim görə bilmədiyimiz sirli aləmi ilə tək başına yaşayır. 

     Müasir tibb elminin qarşısında aciz qaldığı ən çətin xəstəlikləri dərmansız müalicə edən, ailələrə sevinc bəxş edən Zərifə xanımın insanların heyrətinə səbəb olan möcüzə adlandırdığımız bu həqiqətlərini dərk etdikcə düşünürəm ki, hələ tamamilə öyrənilməmiş, kəşf edilməmiş İlahi vergili, qeyri-adi fitri istedad sahibi olan Zərifə xanımdan yazmaq, onu dünyaya tanıtdırmaq hər bir vicdanlı insanın müqəddəs borcudur. 

      Həzrəti Əli (ə.) buyurmuşdur ki, “Hətta yaxın qohumlarınızın ziyanına olsa belə, həqiqəti ədalətlə deməkdən çəkinməyin”. Mən alimlərə, həkimlərə müraciət edərək, Zərifə xanımın rentgen aparatından da dəqiq diaqnoz qoyaraq, şəfaverici qüdrətini, xəstəxana və klinikaların sağalda bilmədiyi xəstəlikləri şəfalı əlləri ilə müalicə etməsini müşahidə etməyə, ona dünyada ən yüksək mükafata layiq olduğu qiyməti verməyə, səlahiyyətli şəxsləri “Zərifə şəfa mərkəzi”nin yaradılmasına köməklik göstərməyə çağırıram. Bu, ən çox biz insanların xeyrinədir.

        Hörmətlə,

 

Zeynalova Gülnaz Abbas qızı,

Nəsimi r., Mir Cəlal küç., ev 9, mən. 52

(050) 454-19-49

Yazan: admin Baxış: 449 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0