» » » ƏSRİM MÖCÜZƏSİ: ZƏRİFƏ YAQUB QIZI MAYILOVA 50 YAŞIN SEVGİSİ

ƏSRİM MÖCÜZƏSİ: ZƏRİFƏ YAQUB QIZI MAYILOVA 50 YAŞIN SEVGİSİ

Категория: Azerbaycan / Dövrimətbuatda
Yubiley sadəcə şənlik və yaxud əyləncə məclisi deyil. İnsanın xalq qarşısında və özünün-özünə sanki bir hesabatıdır.
Zərifə Yaqub qızı Mayılova ömründən keçən bu illəri elə-belə, havayı yaşamayıb. Hələ lap körpə vaxtlarından qavrama qabiliyyətinə, təfəkkür tərzinə görə yaşıdlarından və özündən yaşca böyüklərdən də fərqlənib. 
Zərifə müqəddəs Seyid Miskin Ağanın ocağında dünyaya gəldiyindən, müqəddəs insanlardan tərbiyə aldığından daxili dünyası da yaz yağışından sonra təmizlənən səma kimi, göylər kimi tər-təmizdi, bəm-bəyazdır.
9 yaşında ikən Ulu Yaradan balaca Zərifənin əlindən tutub işıqlı, nurlu, heç kəsin çata və görə bilməyəcəyi daha uca-ilahi bir dünyaya apardı.
İndi Zərifə xanım həmin nurlu və uca dünyadan xəstə insanlara Tanrının əli ilə şəfa verir. Qaranlıq yollara işıq saçır. Uşaqları, anaları, bəşər övladını bəlalardan qoruyur. 
O vaxtdan bu günə kimi ailələrə sevinc bəxş edir, xəstələrə şəfa verir.
Hesabat verəsi olsa öyünməyə haqqı var. Amma özünü tərifi istəməz. 
Sağaltdığı insanlardan bir neçəsi danışsa bəsdi, o saat hesabatına əla qiymət veriləcək.
O, bu gün müasir tibb eliminin aciz qaldığı xəstəlikləri müalicə edə bilir. Tibbi avadanlıqların, aparatların belə təyin edə bilmədiyi dəyişiklikləri təyin edir. Qaranlıq otaqda insanın daxilini görür, xəstəliyin dəqiq diaqnozunu qoyur.
İndi onun ünvanına yaxın-uzaq xarici ölkələrdən də insanlar gəlir. Təkcə xəstələr deyil, qeyri-adi insanlarla maraqlanan mütəxəssislər, alimlər, akademiklər də təşrif buyururlar. Din xadimləri Zərifə xanımın möcüzələri qarşısında mat qalırlar.
Bir çox böyük xarici ölklərdən dəvətlər alır.Amma Azərbaycandan kənarda yaşamaq istəmədiyindən belə təklifləri qəbul etmir, Zərifə xanım.
İş otağında divar boyu düzülən uşaq şəkilləri Zərifə xanımın müalicəsi ilə dünyaya gələn körpələrin çox az bir hissəsidir. Zərifə xanımın qəbuluna gələnlərin diqqətini ilk baxışdan xüsusi yerdə saxlanılan balaca şüşə qablardakı daşlar cəlb edir. Bu, xəstələrin böyrəklərindən tökülən iri-xırda daşlardır ki, şüşənin üstündə xəstənin adı, soyadı, ünvanı yazılıb.
Çarəsiz insanlar bu ocağa pənah gətirirlər. Zərifə xanım da Tanrı vergisiynən, rüsxəttiynən, əlinin şəfasıynan xəstələri sağaldır. Qaranlıq gözlərinə işıq, nur saçır.
Zərifə xanıma təşəkkürünü, minnətdarlıqlarını şerlə, mahnılarla, nəğmələrlə, maraqlı məktublarla bildirənlərin də sayı çoxdur.
Zərifə xanımın ürəyindən mən bilirəm nə gələcək?

Bax könlümün halına,
Düşüb xəyal yoluna 
Bu yaşımda çalına
Həzin ana laylası.

Özü ana olsa da ana laylasını çox istəyir. Zərifə xanım müqəddəs ziyarətgahlarda Həccdə, Məşhəddə olub. O nə ekstrasensdi, nə də falçı. İlahi vergili rentgendir. Xəstənin dərdini gözləri ilə görür, şəfalı əlləri ilə də sağaldır. İnsanları zülmətdən işığa doğru aparır.
Bu da bir Azərbaycan qadınının yaşadığı, keçdiyi heç kimə bənzəməyən ömür yolundan kiçik bir məlumat idi. Yazmağa qalsa bir dastan olar. Canlı dastan o özüdür. Oxucusu da sizlər. Gedin, görün, oxuyun. İnanırıq ki, ruhunuz dincələcək, qəlbiniz rahatlıq tapacaq.

Kifayət Hüseynova, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Könül" qəzeti,
16 dekabr 2009-cu il
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.