» » » İLAHİ GÜCƏ MALİK RENTGEN QADIN

İLAHİ GÜCƏ MALİK RENTGEN QADIN

Категория: Azerbaycan / Dövrimətbuatda
Etiraf olunası haldır ki, dünya tibb elmində yüksəliş əldə etmək uğrunda sanki bir mübarizə var. Bəlkə də bu səbəbdəndir ki, dünya tibb elmində böyük yüksəlişlər əldə edilir. ABŞ-ın görkəmli alimləri tərəfindən "rentgen qadın" adlandırılan Zərifə Mayılova da belə nailiyyət qazanmış Tanrı bəndələrindədir. Əbəs yerə deyil ki, onu artıq dünya müstəvisində əsrin möcüzəsi hesab edirlər. Zərifə xanımın bu qeyri-adi bacarığı ABŞ-da, Almaniyada, Türkiyədə, Rumıniyada, Moskvada və bir çox başqa ölkələrdə mütəxəssislər tərəfindən dərindən təhlil olunmuş və diplomlarla təltif edilmişdir. Odlar yurdu Azərbaycan dünya elminə böyük töhfələr verib, bu töhfələri əlbəttə ki, xalqımızın talantlı insanları öz bacarıqları vasitəsilə əxz edib, elm üçün böyük keçidlər yaradırlar. Şübhəsiz, bu uğur nəsil-nəsil davam edir və gələcəkdə də ölkəmiz özünün elmli, bacarıqlı insanları ilə sözsüz ki, qabaqda  gedənlər sırasında olacaqdır. Məhz Zərifə xanım Mayılova da yurdumuzun yüz ildən bir parlatdığı möcüzələrdən sayılır. Artıq bütün dünyada bu fitrətli xanımın möcüzələri dildə-ağızda gəzir. Heç də təsadüfü deyildi ki, dünyanın məşhur alimləri onun qazandığı nailiyyətləri təhlil edir, ona qiymət verirlər.
Düşünürəm ki, biz qələm sahiblərinin üzərinə düşən vəzifə Zərifə xanım kimi möcüzələr yaradan insanlar haqqında yazmaq, dünya insanlarına məlumat çatdırmaqdır. Şəfa diləyənlərin dərdinə çarə olunmasında vasitəçi olmağın özü bir savabdır.
Zərifə xanımın mənəvi kamilliyyinin məhz Allahdan gələn uca bir təminat olduğunu söyləməmək qeyri-mümkündür. Bu yol Zərifə xanımın şəfalı əllərindən, qeyri-adi rentgen gözlərindən keçir. Dəqiq diaqnoz qoyub, qaranlıqda insan daxilini gözlə görmək yalnız ona və onun kimi insanlara məxsusdur.
Zərifə xanım haqqında danışmaqla, yazmaqla kifayətlənmək mümkün deyil. Onda olan güclü duyum, qabiliyyət Tanrıdan gəlir, bunu dünya alimləri də təsdiq edirlər.
Zərifə xanım Allahın ona verdiyi fitrət sayəsində uzaqlarda baş vermiş hadisəni duyur, dəqiq informasiya verir, etiraf edək ki, belə bir qabiliyyət ondan başqa bir kimsəyə məxsus deyildir. O, insanı rentgen edərkən belə onun nə fikirləşdiyini bilir, sanki insanı oxuyur. Heç bir tədqiqat çərçivəsinə sığmayan, indiyə kimi yaranmış qeyri-adi möcüzəli insanlardan seçilir Zərifə Mayılova. O, dünya səviyyəsində tanınan görücü bir azəri xanımdır. Xalqımız əlbəttə ki, onunla fəxr edir.
Zəmanəmizin ən böyük möcüzəsi sayılan Zərifə xanım, özünün sirli-sehrli aləmi ilə bəşəriyyəti heyrətləndirməkdədir. Bəşər tarixində misli görünməmiş bir ilahi gücə, qüdrətə malik olan bu böyük insanın rentgen gözləri, şəfalı əlləri hər gün neçə-neçə insana şəfa verir. Alimlərin tibb elminin ən müasir aparatlarının köməyi ilə diaqnoz qoya bilmədikləri xəstəliklərə Zərifə xanım bir dəfə gözlə baxmaqla diaqnoz qoyur, hər bir xəstəliyi tez bir zamanda müalicə edir, yəqin ki, bu, çoxlarına əfsanə kimi görünə bilər. Əslində, bu, belədir.

Vaqif NURİYEV,
"Həqiqətlər və Faktlar" qəzeti,
№ 05 (1303) * 14-21 aprel 2010-cu il
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.