GameWin

Firuzə Küskün Kəlbəcərli - "Ziyarətin qəbul olsun, Ey Bacım!" şeiri
Ziyarətin qəbul olsun, ey bacım
Ey məlakəm quşa dönüb ötmüsən, 
Çox cavablar bu dünyada etmisən. 
Xorasana ziyarətə getmisən, 
Ziyarətin qəbul olsun, ey bacım. 

Xəstələrin səni məndən soranda, 
Söyləyirəm ziyarətdə İranda. 
Məşədi cənnətə yazır Quranda, 
Ziyarətin qəbul olsun ey bacım. 

Olarsan məşədi cavan yaşında, 
Alimlərlə birgə böyür-başında.
Ziyarət Xorasan torpaq daşında, 
Ziyarətin qəbul olsun ey bacım. 

Gözəl insanlara yoldan olmusan, 
Məfkurə bacıyla sirdaş olmusan. 
Yaşar qardaşımla qardaş olmusan, 
Ziyarətin qəbul olsun ey bacım. 

Ziyarətgah yoldaşların var olsun, 
Həmişə Allahım sizə yar olsun. 
Şöhrətin yayılıb elə çar olsun, 
Ziyarətin qəbul olsun ey bacım. 

Zərif fikirlərin gözəl böylə, 
Hər il bir ölkəyə ziyarət eylə.
Hər görsən bir az da Küskünə söylə, 
Ziyarətin qəbul olsun ey bacım.

Firuzə Küskün Kəlbəcərli
Yazan: admin Baxış: 847 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0