GameWin

Böyükağa Savalanoğlu - "Nurdan bur törənər" şeiri
Nurdan bur törənər
Parladın ulduz tək xoş bir məqamda, 
Elinə ərmğan, xalqa yaranış. 
Ilahi hikmətin bağışlayanda, 
Sənin nə bolluca qismətin varmış?

O qismət payını yaradan özü, 
Sənə bəxş eləmiş sən olmayanda.
Belə möcüzəni, müqəddəsliyi, 
Aradım, axtardım mən bu dünyada. 

Sənin dəyanətin imam qayəsi, 
Bu qayən kökündən ləkəsiz büllur. 
Onunçün Allahın nurlu haləsi, 
Səni cilalamış, vermişdir qürur. 

Sənin möcüzəndir ucaldan səni, 
Bu fitrət, bu hikmət ilahidəndir. 
Heç kim ala bilməz Allah verəni, 
Çünki o, qanınla birgə gələmdir. 

Nurdan nur törənər müdriklər sözü, 
Sənin xislətində bu bir həqiqət. 
Nuru bəxş eləyən İlahi özü, 
Bütün tarazlığa vermişdir diqqət. 

Sirli aləmindən söhbət açmışam, 
Məsələn var "aşıqlar gördüyün deyər”
Inan ki, özümlə barışmamışam, 
Çünki yazmamışam olduğun qədər.

Böyükağa Savalanoğlu
Yazan: admin Baxış: 672 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0