GameWin

Abbas Əsgərbəyli - "Zərifə xanıma" şeiri
Zərifə xanıma
Yetmiş altı yaşında oxudum kitabını,
Elə oradanca da öyrənmişəm adını. 
Qiyabi olsa belə, ocağına gəlirəm, 
Sənin möcüzəni də səndən sonra bilirəm. 

Düzgün yoldasan, qızım bu yolda dayanma, get, 
Xəstə soydaşlarıma gecə-gündüz kömək et. 
Tək bir Allahı çağır, ümidlə bax Rəbbinə, 
Fikir vermə kənardan gələn zərbəyə, kinə. 

Sənə Allah vergisi bu yolla gəlib çatıb, 
Zərbələri, kinləri tamam kənara atıb. 
Kitabını oxudum, çox şey öyrəndim ondan, 
Necə ki, yıxılmısan 8 yaşında damdan. 

Uşaq ikən yıxılmaq elə 4 qatlı damdan, 
Bilirsən nə deməkdir?-ölümdür o bir azdan. 
Sən damdan yıxılmadın, ordan gəldin qucaqda, 
"Vergili” adın aldın tanınmış bir ocaqda. 

Xəstə; xəstədir, qızım, istəyir böyük olsun, 
İstəyir kiçik olsun, oğlan olsun, qız olsun. 
Fərq qoyma heç birinə, vicdanla hərəkət et! 
Müalicə et onu, sonra durub evə get. 

Sənin evinə xəstə gəlir böyük ümidlə, 
Çalış, köməyin olsun, qaytar (boy) həmin ümidlə. 
Bala, Allah vergisi verilməz hər adama, 
O verilər mində bir o da təmiz adama.

Elə et ki, o  da daim layiq olasan, 
Dünyada yaşadıqca ona sadiq qalasan. 
Qızım, adınla yaşa, həyatın xoşbəxt olsun,  
Bir də vergini verən sənin köməyin olsun.

Abbas Əsgərbəyli
30.12.1997
Yazan: admin Baxış: 555 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0