GameWin

Yaşar Talıbov - "ZƏRİFƏ XANIMA" şeiri
ZƏRİFƏ XANIMA
Əziz qızım Nigarı xilas etdiyinə görə ona minnətdarlıq edirəm

Zərifə xanımın hüzurundayam,
Salam verib, salam alıram ondan.
Qara rübənd altdan baxan gözləri,
İnam bəxş eləyir elə ilk andan.
Qara geyimində, davranışında,
Qəribə sadəlik, səmimilik var.
Dörd sinif təhsilli bu el qızının,
Hər bir kəlməsində, hər bir sözündə,
Qeyri-adi bilik, səmimilik var!

Zərifə xanımın hüzurundayam,
İşığı söndürüb öz gözlərilə
Məni hərtərəfli «rentgen» eyləyir.
Sonra heç bir «UZİ», «rentgen» görməyən
Diaqnozu mənə öz sözləriylə,
İzah edə-edə elə söyləyir
Ki, məndə bir şübhə qalmayır daha,
Ancaq bu möcüzə qarşısında mən,
Xalqın möcüzəli, inamlı qızı.
Həmd olsun deyirəm Qadir Allaha!

Diaqnozu düzgün təyin eyləyib,
Qadir Allahdan rüsxət alaraq,
Müalicəsinə başlayır dərhal.
Şəfqətli əlindən, xoş nəfəsindən
Canına elə bir məlhəm yayır ki,
Elə ilk dəfədən hiss edirsən ki,
Səndən uzaqlaşıb gedir xəstə hal.
Bu anda qəlbimdə düşünürəm ki,
Bizə açıq-aydın möcüzəsidir,
Zərifənin özü Qadir Allahın!

Bəlkə imam nəsli olduğu üçün,
Ağır seyid nəsli olduğu üçün,
Seyid Ağamirin, Seyid Misginin,
Şamayı qarının, Yaxşı nənənin,
Bilqeyis ananın — bu seyidlərin,
Davamçısı bu gün olduğu üçün,
Həyatda hər şeyə Qadir Allahın,
Zərifəni belə tutmuşdur yaxın!

Bəlkə buna görə bu gün xəstələr,
«Ölüm hökmü» almış bu biçarələr,
Zərifə xanımı deyib gəlirlər,
Onun ocağına hey axın-axın?!
Bu Qadir Allahın işinə baxın.
Onun hüzuruna alim, həkim də,
Professor da gəlib imtahan edir.
Hamı da Ocağa qəlbən bağlanıb
Zərifə xanımdan çox razı gedir!

Həkimlikdə saçın ağardanlar da,
Onun qarşısında bu gün baş əyir.
On illərlə şəfa tapmayanların,
Dərdinə heç  əlac olmayanların
Düzgün diaqnozun üzünə deyir.
Müalicəyə cəmi üç gün sərf edib,
On səkkiz günədək tamam sağaldır.
Qəribə görünür bunlar, deyilmi?
Bütün deyilənlər sanki nağıldır!

Nə qədər qəribə görünsələr də,
Bunlar heç danılmaz bir həqiqətdir.
İllərlə çəkdiyi xəstəliklərdən,
Xəstəxanalardan, həkim gəzməkdən,
Usanmış yüzlərlə canlı insanlar, 
Sübuta alınmaz bir həqiqətdir.
Xeyriyyəçi insan, bilici kimi,
Mötəbər yerlərdən ona verilən
Diplomlar da təsdiq eyləyir bunu.
Alimləri,həkimləri ram eyləyən,
Dörd sinif təhsilli bu el qızının,
Bu gün xalqı üçün kim olduğunu!

Bəli, el qızımız — Zərifə xanım,
Qadir Allahımın Rüsxəti ilə
Bu gün göstərdiyi möcüzələri
Xalqa təmənnasız xidmətindəndir.
Ən böyük arzusu xəstələrini,
Onu deyib gələn hər bir insanı,
Sağaldıb, şən  görmək niyyətindədir!
Bu Allah vergili nadir insana
Düzgün qiymət vermək gərəkdir,bilsən,
Ona bu qiyməti verib sonra da
Şöhrət zirvəsinə qaldıran kəsə
İndidən deyirəm, əhsən, min əhsən!

Yaşar Talıbov
Yazan: admin Baxış: 689 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0