» » » Nizami Nikbin - "SİRDAŞ OLMUŞAM" şeiri

Nizami Nikbin - "SİRDAŞ OLMUŞAM" şeiri

Категория: Azerbaycan / Şerlər
SİRDAŞ OLMUŞAM
Məlakə sifətli şəfaverən Zərifə xanıma ithaf edirəm

İçimin şəklini açdı üzümə,
İşıq bəxş elədi zəif gözümə,
Ömrümü başladım tezdən düzümə,
Bu sadə məxluqa qardaş olmuşam,
Sirrinə bağlanıb, sirdaş olmuşam.

Mərhəmət qəlbinin şah misrasıdır,
Xeyirxahlıq onun iltimasıdır.
Yer üzünün uca bir aynasıdır,
Bu möcüzat içrə çaşbaş qalmışam,
Bu yolda bu qəlbə sirdaş qalmışam.

Üzünün nuruyla çimir hər ürək,
İnsanlar içində nəhəngdir, nəhəng,
Möcüzələr düzür gündə neçsə rəng,
İnama gələndən hey xoş olmuşam,
İman gətirənə sirdaş olmuşam.

Nəfəsi şəfadır, dili məlhəmdir,
Şəfa istəyənə içi «Zəmzəm»dir,
Sınaqlı dünyapdır, şəndir,şəbnəmdir,
Dərddən-dərdə girib anan olmuşam,
Dərd qovan Mələyə sirdaş olmuşam.

Aldanmır hiyləyə, uymur tərifə,
Yol verməz yalana, çətin təhrifə,
Müqəddəs ad aldı xanım Zərifə,
Nikbinəm qeyrətə adaş olmuşam,
Haqqa, ləyaqətə sirdaş olmuşam.

Nizami Nikbin (Əsgərbəyli)
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.