GameWin

Əjdər Əlizadə - "ƏSRİN MÖCÜZƏSİ" şeiri
ƏSRİN MÖCÜZƏSİ
17 il əziyyət çəkdiyim ağrılardan məni cəmi 3 seansla tam müalicə edən pak, təmiz,müqəddəs, həm də sehrli olan Zərifə xanıma həsr edirəm

Fələkdən ipləri üzülməyənlər,
Rüsxətinlə ağrıları azalır.
Aparatda dərdi çözülməyənlər,
Ultra baxışınla diaqnoz alır.

Zatı imamlardan, seyid nəslisən,
Rəhmdil, müqəddəs, həm elmlisən.
İlahi qüvvədir bu istedadın,
Fəqət mat qoymusan tibb elmini sən.

«Əsrin möcüzəsi» çağrılır adın,
Əlindən tutmusan qohumun, yadın.
Ölümdən qurtarıb bəxş etdin həyat,
Üzünün nuruyla dolub kainat.

Zühur eyləmisən sən Kərbəladan,
Əlində hərarət, gözündəşüa.
Daima uzaq ol sən hər bəladan,
İnsanlar səninçün edirlər dua.

Əjdər Əlizadə
Yazan: admin Baxış: 662 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0