GameWin

Nübar Ağdamlı - "MƏŞƏDİ MİR ZƏRİFƏ XANIM" şeiri
MƏŞƏDİ MİR ZƏRİFƏ XANIM
Allahım yaratdı səni ecazkar,
Möcüzə yaratdın, oldun rəhmidar.
Qaranlıq dərdlərə salarkən ziya,
Sayəndə xəstələr taparlar şəfa.

İlahi qüvvəli məşədi xanım,
Ziyarət etdiyin yerlərə qurban.
Qara gözündəki nurlu ziyaya,
Yumşaq əllərdəki qüdrətə qurban.

Tanrının verdiyi qüvvəyə qurban,
Zərifə, mən sənin canına qurban.
Dünya şöhrətinə, adına qurban,
Sənin yarandığın o günə qurban.

Mən Nübar Ağdamlı bəxtəvər ikən,
Yaşardım o gözəl cənnət-məkanda.
Oxudum qəzetdən sənin adını,
Tanrının adıyla yaratdığını.

Ziyanı Allahdan alan xanımın,
Xariqə yaratdın, alışdı canım.
Ziyarət eyləmək olmuşdur arzum,
O vaxtdan şəfalı gözəl canını.

Yanına gətirdim körpə Elmini,
Şəfası Allahdan, səbəbi sizdən.
Nurlu gözlərinlə o gül çöhrəni,
Görüncə bir duyğu keçdi qəlbimdən.

Səcdədə gəlmişdim, səni görəndən,
Tanrının verdiyi böyük qüvvədən.
Allahın yoluna qurban dilərəm,
Elminim sağalsın bu xəstəlikdən.

11 may 2002-ci il
Nübar Ağdamlı

Yazan: admin Baxış: 707 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0