» » » Həsən Mirzə - "XƏBƏR AL, DEYİM" şeiri

Həsən Mirzə - "XƏBƏR AL, DEYİM" şeiri

Категория: Azerbaycan / Şerlər
Azərbaycan xalqının nadir övladı, bilici qızı, üç metr məsafədən insanın fizioloci quruluşunu, daxili orqanlarını, oradakı xəstəlikləri, çatmamazlıqları möcüzəli gözləri ilə görən, dünyada «Rentgen-qadın» adı ilə məşhur olan, müqəddəslərimizi müqəddəs saxlayan, səfalı Kəlbəcərdə  şəfa badəsini içən Məşədi Zərifə xanıma — xeyirxah insana HƏSƏN MİRZƏdən kiçik xatirə…

XƏBƏR AL, DEYİM

Ərəb atlar qoç igidə meydandı,
Məhəmməd sərindən tökülən qandı.
Birinci imamım Şahı-Mərdandı,
İkincisin məndən xəbər al, deyim.

Atını minəndə yel kimi əsən,
Əməlinə hamı deyibdi əhsən.
İkinci imamım ya İmam Həsən,
Üçüncüsün məndən xəbər al, deyim.

Kərbəla dəştində qaldı Hüseynim,
Oxudum Quranı, açıldı zehnim.
Üçüncü imamım İmam Hüseynim,
Dördüncüsün məndən xəbər al, deyim.

Bahar olcaq dağlar geyər abidin,
Din içində bəsləmişik hamı din.
Dördüncü imamım Zeynalabidin,
Beşincisin məndən xəbər al, deyim.

Gedirdim qarşıma çıxdı bir hadiq,
Bizə kömək olsun yaradan xaliq.
Beşinci imamım Cəfəri Sadiq,
Altıncısın məndən xəbər al, deyim.


Məclisə girəndə ağır ol,ağır,
Müşgülə düşəndə mövlanı çağır,
Altıncı imamım Məhəmməd Bağır,
Yedincisin məndən xəbər al, deyim.

Allahın bir adı Əzimdir, Əzim,
Qələm-dəftər gətir mən onu yazım.
Yeddinci imamım Museyi-Kazım,
Səkkizincisin məndən xəbər al, deyim.

Tutginən orucun qalmasın qəza,
Məşhər günü sənə verərlər cəza.
Səkkizinci imamım Qərib İmam Rza,
Doqquzuncusun məndən xəbər al, deyim.

Behişt şərbətinə onlardır saqi,
Mömin görən işlər qalmayıb baqi.
Doqquzuncu imamım Məhəmməd Taqi,
Onuncusun məndən xəbər al, deyim.

Hamını yandırır Kərbəla dağı,
Onların yeridir Cənnətin bağı.
Onuncu imamım Əliyyən Nağı,
On birincisin məndən xəbər al, deyim.

Onlardır Allahın əlvan gülləri,
Behişt körpüsünün gövhəri, zəri.
On birinci imamım Həsən Əsgəri,
On ikincisin məndən xəbər al, deyim.

Ömür bostanını tutmasın duman,
Hamıya kömək ol, qadiri sübhan.
On ikinci imamım Sahibi Zaman,
İbrahiməm, bundan yaxşı nə deyim.

18.06.2001-ci il
Bu şeri Zərifə xanım oxutdurdu və diqqətlə qulaq asdı. Sonra isə aramla,özünəməxsus xanımyanalıqla dedi: «Mənim Həsən Mirzə qardaşıma çox böyük hörmətim var. Bu, tərtəmiz Allah adamıdır. O, hərtərəfli, yaradıcı bir insandır. Elə ona görə də yazdığı şerin hər bir misrası adamı düşünməyə vadar edir. Mənim Həsən Mirzə qardaşım şəxsiyyətdir».
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.