» » » Şükür Yusifov - "DÜNYA ŞÖHRƏTLİ ZƏRİFƏ XANIMA" şeiri

Şükür Yusifov - "DÜNYA ŞÖHRƏTLİ ZƏRİFƏ XANIMA" şeiri

Категория: Azerbaycan / Şerlər
DÜNYA ŞÖHRƏTLİ ZƏRİFƏ XANIMA
Hansı insana bənzədim Sizi?
Bütün insanların insanısınız.
Hansı həkimə bənzədim Sizi?
Bütün həkimlərin həkimisiniz.
Hansı loğmana bənzədim Sizi?
Bütün loğmanların loğmanısınız!

Zaman millətə yetirib xilaskar,
Əhatə nur saçır bu ruhi-ruzigar.
Rəbbim xilqətinə veribdi qərar,
İşıqlı gələcəyinə şükür, Zərifə xanım!
Fələk verən qədərinə şükür, Zərifə xanım!
Əməlinə-möcüzənə şükür, Zərifə xanım!

Xalqına verdiyin əməyinə şükür,
Aləmdə yaratdığın ümidə şükür.
Namusuna, qeyrətinə min-min şükür,
İldırım şüalı zehninə şükür.
Mənə,xalqına verdiyin inama şükür!

Sizin zəhmətinizlə cismimə qüvvə gəlir,
İnsan övladı xəstəlikləri gözüylə görür.
Zərifə xanıma ömrüm boyu minnətdaram,
Əlləri ilə məlhəm çəkir, sağalır yaram!

Min-min insanlara şəfa verir,
İlahi kimi necə yaradır,özü bilir.
Nələr çəkməyib mənim bəlalı başım,
Necə də sevinməyim, 64-ə çatıb yaşım!
Əlləri ilə sığal çəkir bədənimə,
Tanrı, yaratdığına şükür, dayaqdır mənə!

Atama minnətdaram,həm də anama,
Rəbbim, nə gözəl insan yaratmısan?!
Adın Zərifə,özün inci,zərmisən?
Müqəddəs ocaqdan bəhrələnmisən!

Günəşli gündüzdür, aylı axşamdır,
Xalqın tale ulduzudur bu xanım.
Göy gözlü Göygöldür,  mavi Xəzərdir,
Məğrur bir Kəpəzdir Zərifə xanım!

Sehirli çəməndir, güllü yamac,
Yoxsula köməkdir, xəstəyə əlac.
Qayğısız ucalan barlı bir ağac,
Bahar nəfəslidir Zərifə xanım!

Xəstələr üçün böyük dayaqdır,
Millətini sevən ulu Loğmandır.
Xalqına sevinc bəxş edən möcüzədir,
Hamı üçün müqəddəsdir Zərifə xanım!

Sirlər dünyasına açılmışdır yolu,
Xəstələr üçün gözü nur, dayaqdır qolu.
Ecazkar barmaqları şəfa ilə dolu,
Müqəddəs bir varlıqdır Zərifə xanım!

Şükür Yusifov
20.05.2000.
Bakı şəhəri
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.