» » » Ağazadə Demanlı - "HƏKİM" şeiri

Ağazadə Demanlı - "HƏKİM" şeiri

Категория: Azerbaycan / Şerlər
HƏKİM
Şəfalı əlinə ehtiyacım var,
Sağalmıram, eylə çarə, ay həkim.
Cəsədimdə neçə yerdə yaram var,
Məlhəmini özün ara, ay həkim.

Biz borcluyuq İmam Əli Xətdinə,
Qolsuz Abbasinin uca cəddinə.
And verirəm sənə ölməz cəddinə,
Məni qoyma gəlim zara, ay həkim.

Söhbəti möcüzə, isməti pərdə,
Hikməti beynində, sevdası sərdə,
Ey imam balası, düşmüşük dərdə,
Qoyma bizi naşı yara, ay həkim.

Var-dövlətim kağız, bir də ki, qələm,
Müqəddəsdir Quran, Əhli-beyt, ələm.
Razı olsan şəfa üçün mən gələm,
Demanlıyam günüm qara, ay həkim.

Ağazadə Demanlı
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.