GameWin

SOY KÖKÜNÜ YAŞADIR
SOY KÖKÜNÜ YAŞADIR
Altı ay idi ki, iflicdən əziyyət çəkirdim. Bir tərəfimdə hissiyyat yox idi. Ayağım yer tutmur, qolum yuxarı qalxmır, əlim heç nə tutmurdu. Gözüm elə bil daşa dönmüşdü, tərpənmirdi. Bir sözlə, ağır yer xəstəsi idim.
Ailə üzvlərim məni xərəkdə Zərifə xanımın yanına gətirdilər. Əvvəl tərəddüd etdi.Xəstəni gecikdirmisiniz dedi. Sonra isə üzünü Allaha tutubbuyruq istədi. Məşhədcamından üzümə su çiləyib, şəfalı əllərini donmuş, hissiyyatsız bədənimdə gəzdirdi. Üç seansdan sonra ayağım da yer tutdu. Ürəyimdə söz vermişdim ki, əgər ayağım yer tutsa Zərifə bacımın ayağının altına xalça salacağam. Belə də etdim.
Amma Zərifə bacım dedi ki, mənə gətirdiyin bir dəstə tər çiçək bəsimdi. Mən də o xalçanı sənin özünə bağışlayıram. Elə hesab et ki, bu ocaqdan bacın sənə pay verir.
Zərifə xanım gözü-könlü tox adamdır. O, kasıblara, qaçqınldara, köçkünlərə təmənnasız xidmət edir. Üstəlik də ocağından pay da verir.

«Kəlbəcər harayı» qəzeti № 11
26 sentyabr 1995-ci il
Yazan: admin Baxış: 610 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0