» » » «RENTGEN-QADIN»IN MÖCÜZƏSİ

«RENTGEN-QADIN»IN MÖCÜZƏSİ

Категория: Azerbaycan / Dövrimətbuatda
«RENTGEN-QADIN»IN MÖCÜZƏSİ
O, əlli dörd xəstəliyi müalicə edir.
Yaşadığımız bu təzadlı dünyanın qarışıq zaman çərçivəsində həmişə möcüzələrə inanmışıq. İnanmışıq ki, dünyada heç nə təsadüfi deyil. Böyük Yaradan bizim aramızda elə fərqli insanlar yaradır.Onlar Tanrının elçisi kimi Yer üzündə zaman-zaman insanlara  kömək göstəriblər, ümid yerlərinə çevriliblər.
Zərifə xanımın müalicə metodlarından bu günədək iki kitab bağlanmışdır. Bu isə çox azdır. «Zərifənin möcüzələri» Nizami Nikbin (Bakı, 1995) və «Maddidən mənəviyə — zülmətdən nura» Həqiqət Kərimova (Bakı, 1998).
Amma onun haqqında Amerikada kitab yazılmış, Almaniyada 30-dan artıq sensasiyalı məqalələr dərc edilmiş, Türkiyə və Rumıniyada bir neçə trikotac məhsulları onun adıyla adlandırılmış,təqvimlər buraxılmışdır.
Almaniyada iki imtahandan uğurla çıxan Zərifə xanımı Tanrının möcüzəsi adlandırıblar.
Bakıda isə ona daim mane olmağa çalışıblar. Elə bunun nəticəsində də xarici dövlətlərdə fəaliyyət göstərməyi qərara alsa da nə öz millətindən, nə də əsir Kəlbəcərdən ayrıla bilmir.
Bu qadın onu tanıyanlar üçün xeyirxahlıq mücəssəməsidir. O, atılmış uşaqların, tənha qocaların da, şəhid, qaçqın ailələrinində ümidi, pənahıdır…
Zərifə xanım Allah vergisi, əsl möcüzədir.

«Xalq qəzeti», 3.11.1999-cu il
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.