GameWin

GÖZLƏRİ RENTGEN ŞÜASINI ƏVƏZ EDƏN QADIN
GÖZLƏRİ RENTGEN ŞÜASINI ƏVƏZ EDƏN QADIN
1970-ci ildə kommunizm quruculuğuna xidmət edən Azərbaycan mətbuatı 9 yaşlı kəlbəcərli qızın divarın dalından əşya və insanları gördüyünü, onların vəziyyəti haqda müfəssəl məlumat verdiyini yazırdı. Bu isə ateizmin zərərinə idi. Çünki qeyri-adi təzahürlərə meydan vermək ateizmin yalan bünövrə üzərində qurulduğunu üzə çıxarır. 9 yaşlı qızın divar dalından əşyaları görməsi də reallıq idi.
O qız indi insan orqanizmindəki xəstəlikləri görüb müalicə edə bilən Zərifə xanım Nəbiyevadır. Onun gözlərində güclü rentgen şüalarını andıran qeyri-adi və faydalı cərəyan vardır. Bu təsirin səbəbini o, ilahi qüdrətin təsiri ilə yaranan vergi adlandırır. Zərifə xanım dil qüsurunu, hə-yatda qazanılan lallığı, karlığı, sümük əyriliyini və bir çox başqa xəstəlikləri sağalda bilir.
Zərifə xanımın yanına yüzlərlə gözlərinin işığını itirmiş xəstə gəlib, gedəndə eynəyini qoyub gedib. Həmin eynəklərin üstündə həmin adamların telefon nömrələri yazılıb.
Zərifə xanımın gözlərində «rentgen» gücü, əlləri isə şəfavericidir. Mülayim görkəmi, rəvan nitqi və xoş danışığı onun əsl azərbaycanlı qadını olduğuna dəlalət edir.
Zərifə xanım həm də ardıcıl xeyriyyəçidir. Bunu o öz borcu hesab etdiyindən bu barədə danışmağı sevmir.
Zərifə xanım mənsub olduğu xalqı ürəkdən sevir və onun xoş günlərinə inanır. 
Zərifə xanım deyir: «Əsas məqsədim mənə müraciət edənləri bu günkü ağır psixi gərginlikdən çıxarmaqdır. Buna görə də əlimdən gələni əsirgəmirəm. Həm də ilahi qüvvələr məni sakit oturmağa qoymurlar. Adamları müalicə etməyə məcbur edirlər.
Qapımı ümid və inamla döyənlər, sağ-salamat öz ailə ocaqlarına qayıdırlar.
Haqqa tapınan Zərifə xanım, əlləriniz heç zaman yorulmasın!

«Səs» qəzeti, 12.X.1996-cı il
Yazan: admin Baxış: 1 316 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0